"Qızlar Müzakirəyə Qoşulur" tədbirinin növbəti görüşü
"Qızlar Müzakirəyə Qoşulur" silsilə tədbirinin növbəti görüşü keçirilib.
Martın 5-də Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə lerikin qız məktəbliləri ilə baş tutan təlim "Stereotiplərə, Komplekslərə - Yox Deyək!" mövzusunda keçirilib.
8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən təlim müddətində gələcək həyatlarında kompleks və stereotiplərin sədd rolunu oynaması və onların qırılmasının özlərini formalaşdırmaqdan və inkişaf etdirməkdən keçdiyi istiqamətində aparılan görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı - Təranə Piriyeva, Uşaq Səfirlər Məclisinin koordinatoru - Əsmər İsmayılova və Məclisin üzvləri - Jalə Muradlı, Məryəm Hüseynova, Məryəm Hacıyeva, Aysu Qəribova, Nəzrin Bayramlı,Məclisin supervayzeri Mədinə Paşayeva,50-ə yaxın qız məktəbli iştirak edirdi.
Təlim uşaqları maraqlandıran məsələlərlə bağlı sualların cavablandırılması ilə yekunlaşdı.