"Qızlar müzakirəyə qoşulur" silsilə tədbiri

"Qızlar müzakirəyə qoşulur" silsilə tədbiri

  • 05 İyun 2021
  • admin

05.06.2021 tarixində "Qızlar müzakirəyə qoşulur" silsilə tədbirin növbəti ünvanı da Qobu 1 nömrəli məktəb oldu.

Tədbir Uşaq Səfirlər Məclisi üzvləri, məktəblilər və məktəbin psixoloqları Gövhər xanım Ağarzayeva və Səbinə xanım Hüseynova iştirakı ilə baş tutdu.

Məktəbli Sona Mikayılzadənin açılış sözləri ilə başlayan tədbir - ən aktual mövzu olan " Gender bərabərliyi" "Cəmiyyətdəki stereotipləri necə aradan qaldıra bilərik?" mövzusuna həsr edilib.

Gender bərabərliyi haqqındakı geniş məlumat Məclis üzvü Ayan Əhmədovanın çıxışında öz əksini tapıb. Stereotiplərin aradan qaldırılması haqqında isə çıxış yollarını Məclis üzvü Mədinə Paşayeva öz çıxışında qeyd edib.Məclis üzvü Əsmər İsmayılova çıxışında yaranan bu stereotiplərin yalnız qızlara aid deyil, həmçinin oğlanlara da qarşı olduğu,bu cür düşüncələrin aradan qaldırılmasının mütləq xarakter daşıdığını qeyd edib.

Məktəb psixoloqları da tədbir zamanı maraqlı çıxışları ilə məktəbliləri ətraflı şəkildə maarifləndirmişdir. Məktəblilər öz çıxışlarında peşə seçimində olan ayrı-seçkilik,müasir dövrdə ölkəmizdə qızlar üçün peşə məhdudiyyətinin olmaması,yaradılan geniş imkanlar da qeyd olunmuşdur.

Sonda Uşaq Səfirlər Məclisi tərəfindən hazırlanmış elektron sorğu məktəblilərə təqdim edilmiş və məktəblilərin fikri qeydə alınmışdır.