"Qızlar Müzakirəyə Qoşulur" adlı 4-cü tədbir
Azərbaycanın müxtəlif bölgələrindən məktəblilərin iştirakı ilə 13 dekabr tarixində keçirilən "Qızlar Müzakirəyə Qoşulur" silsilə tədbirlərinin növbəti təlimi Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq problemləri şöbəsinin məsləhətçisi - Şəbnəm Əlizadə ilə "Abituriyentlərdə yaranan psixoloji problemlərin həlli yolları" mövzusunda baş tutdu.
Təlim müddətində erkən gənclik və imtahan dövründə məktəblilərdə müşahidə olunan problemlərə və həlli yollarına nəzər salınmaqla yanaşı peşə seçimi mövzusu, ailə və uşaq arasında düzgün münasibətin qurulması, mühitin təsiri kimi məsələlərə aydınlıq gətirildi.
Məktəblilərlə birgə müzakirə yekununda onlarda özünəinamın formalaşması və öz potensiallarını qiymətləndirmə bacarığı kimi keyfiyyətlərin vacibliyi vurğulandı.