"Qızlar müzakirəyə qoşulur" adlı 2-ci tədbir
23.08.2021-ci il tarixində "Qızlar müzakirəyə qoşulur" silsilə tədbirləri bu dəfə Masallı məktəbliləri ilə olub. Ən aktual məsələ olan "Erkən nikaha yox deyek!" mövzusunu əsas götürən tədbirdə Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova keçirilən tədbirlər və bu tədbirlərin mahiyyəti haqqında danışdı. Erkən nikahla səfirlər çıxış edərək erkən nikahın fiziki sağlamlığa vurduğu zərər, təhsilimizdə, cəmiyyətimizdə uşaq evliliyinin yaratdığı problemlərdən danışıb və uşaqları güclü, nümunəvi və sağlam gələcəyə səsləyib. Görüş iştirakçıları tərəfindən səsləndirilən müxtəlif suallar səfirlər tərəfindən cavablandırılıb.