"Oğlanlar Müzakirəyə Qoşulur" adlı layihə
9 dekabr tarixində, 10 dekabr - İnsan hüquqları günü ilə əlaqədar Uşaq Səfirlər Məclisinin başlatdığı "Oğlanlar Müzakirəyə Qoşulur" adlı 3 günlük layihənin son təlimi baş tutdu.
"Uşaq iştirakçılığı: Uşaqdan - uşağa" mövzusunda Uşaq Səfirlər Məclisi üzvləri Nurlan Cəbrayılzadə, Rüfət Məmmədov, Riad Vəliyev, Rifah Zeynalov və Rəfail Əzizli tərəfindən interaktiv təlimdə layihənin məqsədi və uşaq iştirakçılığının vacibiyyəti, uşaq hüquqları və özünə inamın artırılması geniş müzakirəyə səbəb oldu.
Sonda uşaqlar öz təkliflərini səsləndirdilər və layihənin keçirilməsində iştirak edən qurumlara öz təşəkkürlərini bildirdilər.