"Narkomaniya ilə mübarizə" mövzusunda təlim
27 yanvar tarixində Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin region nümayəndələri ilə "Narkomaniya ilə mübarizə" mövzusunda maarifləndirici xarakterli təlim baş tutdu. Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Həsən Əliyev Sumqayıt, Abşeron, Xızı, Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Ağstafa, Gədəbəy, Şəmkir, Qusar, Siyəzən, Şabran, Xaçmaz, Lənkəran, Astara, Lerik, Masallı regionlarından olan nümayəndələrə öz regionlarında narkotik vasitələrin zərərləri, bu bəladan müdafiə və mübarizə yollarını ətraflı izah etmək üçün təlimin keçilmə mexanizmi və verilməli olan bilgilər ötürüldü. Sonra uşaqlar onları maraqlandıran məsələlərlə bağlı suallarını səsləndirdilər.
Sonda Dövlət Komitəsinin Uşaq Məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva uşaqlara Məclisdəki fəaliyyətlərinin də bu məsələlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməsinə həsr edilməsinin vacibliyini vurğuladı.