"Heydər Əliyev və İntellektual Gəncliyimiz" mövzusunda intellektual yarış

"Heydər Əliyev və İntellektual Gəncliyimiz" mövzusunda intellektual yarış

  • 05 May 2023
  • admin

Uşaq Səfirlər Məclisinin Ağdam üzrə regional nümayəndələrinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə " Heydər Əliyev və İntellektual Gəncliyimiz" mövzusunda yeniyetmələr arasında intellektual yarış keçirilib.

5 may 2023-cü il tarixində Uşaq Səfirlər Məclisinin Ağdam üzrə regional nümayəndələri Cəlal Abdullayev və Rəvanə İbrahimovanın təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə " Heydər Əliyev və İntellektual Gəncliyimiz" mövzusunda yeniyetmələr arasında intellektual yarış keçirilib. Yarışdan öncə Ulu Öndərin əziz xatirəsi yad edilib. Sonra tədbir iştirakçılarına Uşaq Səfirlər Məclisinin əsas fəaliyyət istiqamətləri o cümlədən yarışın qaydaları ilə bağlı məlumat verilib.

Qalibiyyət uğrunda dostluq oyununa çevrilmiş yarışda "Qarabağ"komandası - l, "Şuşa" komandası - ll, "Dəmir Yumruq" komandası - lll yerə layiq görülüb. Qaliblər diplomla mükafatlandırılıb və sonda xatirə şəkli çəkilib.

Qeyd etmək lazımdır ki, yarışda Heydər Əliyev mərkəzinin direktoru Namiq Həsənov və bir sıra qonaqlar iştirak ediblər.