"Heydər Əliyev İli"nə həsr edilmiş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" regionlar üçün layihəsinin ilk görüşü baş tutub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Uşaq Səfirlər Məclisinin "Heydər Əliyev İli"nə həsr edilmiş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" regionlar üçün layihəsinin ilk görüşü baş tutub.
Uşaq Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndələrinin təşkilatçılığı ilə rayon ümumtəhsil müəssisələrinin yuxarı sinif (IX- XI) şagirdləri Xocavənd rayon İcra Hakimiyyətində olublar.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının müavini Əfsanə Quliyeva uşaqlara Rayon İcra Hakimiyyətinin inzibati binası, Aparatın şöbələri və Heydər Əliyev güşəsi ilə tanış edib. Aparatın əməkdaşları tərəfindən şagirdlərə hər bir şöbənin fəaliyyət istiqamətləri, iş prinsipi barədə geniş məlumat verilib.
Görüş şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşıb.