"Bulinqlə Mübarizə" mövzusunda tədbir
25.08.2021 tarixində Uşaq Səfirlər Məclisi Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar məktəbi şagirdləri ilə "Bulinqlə Mübarizə" mövzusunda tədbir keçirib. Müzakirələr zamanı səfirlər tərəfindən fiziki, psixoloji, sosial,kiber buling haqqında ətraflı məlumat verilib. Şagirdlər də öz növbəsində bu halların qarşısının alınması üçün öz təklif və ideyalarını bildiriblər. Bulinqin qarşısının alınması üçün məktəblilərlə təlimlər davam edəcək.