"Bulinqə məruz qalmış uşaqların psixoloji xüsusiyyətləri" adlı təlim
Uşaq Səfirlər Məclisi tərəfindən başladılmış layihənin ikinci günündə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin məsləhətçisi - Şəbnəm Əlizadə tərəfindən, "Bulinqə məruz qalmış uşaqların psixoloji xüsusiyyətləri" adlı təlim keçirilmişdir.
Təlim müddətində bulinq, ona səbəb ola biləcək hallar və qarşısının alınma yollarından söz açılmışdır. Həmçinin bulinqə məruz qalmış birinə göstəriləcək psixoloji yardın tipləri barəsində də uşaqlara lazımi məlumat verilmişdir.
Yekunda uşaqlar mövzu ilə bağlı fikirlər biıdirməklə bu kimi halların qarşısının vaxtında alınmasının vacibliyini başa düşdüklərini bildirməklə, öz töhvələrini də verməyə çalışacaqlarını bildirdilər.