“Qızlar Müzakirəyə Qoşulur” silsilə tədbirlərinin 11 oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş xüsusi görüşü
“Qızlar Müzakirəyə Qoşulur” silsilə tədbirlərinin 11 oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş xüsusi görüşü keçirilib
Oktyabrın 11-də müxtəlif regionlardan olan məktəbli qızların iştirakı ilə “Rəqəmsal nəsil. Bizim nəsil” mövzusuna həsr olunmuş növbəti "Qızlar müzakirəyə qoşulur" tədbiri keçirilib.
Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva və Uşaq Səfirlər Məclisinin supervayzeri Mədinə Paşayeva günün əhəmiyyətindən, Məclisin əsas fəaliyyət istiqamətlərindən və "Qızlar müzakirəyə qoşulur" silsilə tədbirlərinin mahiyyətindən söz açıblar.
Sonra Məclisin üzvləri Fatimə Hüseynova və Məryəm Hacıyeva tərəfindən “Qızlar yeniliyin üfüqündə” başlığı altında yenilikçi ideyaların inkişafını təmin edən Startap layihələrində öz innovativ fikirlərindən necə istifadə edə bilmələri barədə qızlarda aydın təsəvvür yaratmaq üçün "Startup nədir?", "Startup necə hazırlanır", "Startup hazırlayarkən hansı məqamlara diqqət etməliyik? ", "Startup layihələri qurarkən kimlərə müraciət etmək lazımdır?” istiqamətində iştirakçılara məlumatlar verilib.
Görüş uşaqların suallarının cavablandırılması və təkliflərin səsləndirilməsi ilə başa çatıb.