“Qızlar Müzakirəyə Qoşulur" adlı 9-cu tədbir

“Qızlar Müzakirəyə Qoşulur" adlı 9-cu tədbir

  • 28 Mart 2022
  • admin

28.03.2022-ci il tarixində keçirilən “Qızlar Müzakirəyə Qoşulur" silsilə tədbirinin Samux məktəbliləri ilə ikinci görüşü oldu. Tədbir Uşaq Səfirlər Məclisinin üzvü, tədbirin moderatoru Aysu Qəribova iştirakçılara "Natiqliq Təlimi" mövzusu ətrafında məlumat verməsi ilə başladı. Tədbirin iştirakçıları ilə tribunada, kürsü arxasında çıxış, çıxış zamanı qamət, geyimlər,danışıq nitqinin düzgün formada təqdimi, nitq zamanı xarici görünüşün,səsin və sözlərin önəmi kimi mövzular müzakirə olundu. Geyimdə rənglərdən düzgün istifadə və ifadə etdikləri məna, "Xarizmatik nitq texnikası" haqqında məlumatı isə Uşaq Səfirlər Məclisinin üzvü Xədicə Əsgərovanın çıxışında qeyd edildi.

Tədbir və müzakirə zamanı müzakirəyə qoşulan məktəblilər aktiv iştirak etmiş, mövzu barədə sual və təkliflərini bildirmişdir.

Sonda isə xatirə şəkli çəkdirildi.