“Qızlar Müzakirəyə Qoşulur" adlı 8-ci təlim
17.03.2022-ci il tarixində keçirilən “Qızlar Müzakirəyə Qoşulur" silsilə tədbirinin növbəti görüşü Samux məktəbliləri ilə oldu. Tədbir Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsi məsləhətçisi Şəbnəm Əlizadənin açılış nitqi ilə başladı.Uşaq Səfirlər Məclisinin üzvü, tədbirin moderatoru Xədicə Əsgərova iştirakçılara "Natiqliq Təlimi" mövzusu ətrafında məlumat verdi. Tədbirin iştirakçıları ilə tribunada çıxış, çıxış zamanı qamət, geyimlər həmçinin danışıq nitqinin düzgün formada təqdim olunması kimi mövzularını müzakirə etdi. Geyimdə rənglərdən düzgün istifadə, "Xarizmatik nitq texnikası" haqqında məlumat isə Uşaq Səfirlər Məclisinin koordinatoru Əsmər İsmayılovanın çıxışında qeyd edildi.
Tədbir müddətində müzakirəyə qoşulan məktəblilər aktiv iştirak edərək mövzuya fikir və təkliflərini bildirdilər. Tədbirdə Uşaq Səfirlər Məclisinin üzvləri ilə yanaşı, 30-a yaxın Samux məktəblisi iştirak etdi və tədbir səmimi görüş formatında keçirildi. İştirakçılarda mövzu haqda yaranan suallar cavablandı, onlar da öz növbələrində növbəti tədbirlər üçün öz təkliflərini irəli sürdülər. Sonda isə xatirə şəkli çəkildi.