“Qızlar Müzakirəyə Qoşulur" adlı 7-ci tədbir
11.03.2022-ci il tarixində “Qızlar Müzakirəyə Qoşulur" silsilə tədbiri növbəti dəfə İmişli məktəbliləri ilə keçirildi. Tədbir müddətində “Natiqlik Təlim”-i mövzusunda müzakirələr aparıldı. Tədbirin moderatoru, Uşaq Səfirlər Məclisinin üzvü Nurel İsmayılova iştirakçılara qamət, geyimlərdə rənglər və onların mənaları, həmçinin danışıq nitqinin düzgün formada təqdim olunması kimi mövzularda məlumat verdi.Geyimdə rənglərdən düzgün istifadə, xarizmatik nitq texnikası haqqında məlumat isə Uşaq Səfirlər Məclisinin üzvü Mədinə Paşayeva tərəfindən verildi.
Tədbir müddətində müzakirəyə qoşulan məktəblilərə interaktiv suallar yönəldildi. İştirakçılarda mövzu haqda yaranan suallar cavablandı, sonda isə xatirə şəkli çəkildi.