“Qızlar Müzakirəyə Qoşulur" adlı 6-cı tədbir
24.02.2022-ci il tarixində “Qızlar Müzakirəyə Qoşulur" silsilə tədbirinin növbəti görüşü İmişli məktəbliləri ilə oldu. Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq problemləri şöbəsi məsləhətçisi Şəbnəm Əlizadənin çıxışı ilə başladı. Tədbir müddətində “Natiqlik Təlim”-i mövzusunda müzakirələr aparıldı. Tədbir zamanı aparılan müzakirələrdə tribunada çıxış, qamət, geyim , rənglər və həmçinin danışıq nitqinin düzgün formada hazırlanıb təqdim olunması barədə informasiyalar tədbirin moderatoru olan Uşaq Səfirlər Məclisinin üzvü Ayan Əhmədova tərəfindən verildi. Geyimdə rənglərdən düzgün istifadə, xarizmatik nitq texnikası haqqında məlumat isə Uşaq Səfirlər Məclisinin üzvü Mədinə Paşayeva tərəfindən verildi.
Tədbir müddətində müzakirəyə qoşulan məktəblilərin sualları cavablandırıldı və sonda xatirə şəkli çəkildi.