“ Oğlanlar müzakirəyə qoşulur” silsilə tədbirinin növbəti görüşü keçirilib.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Tərbiyə müəssəsində “ Oğlanlar müzakirəyə qoşulur” silsilə tədbirinin növbəti görüşü keçirilib.
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə Tərbiyə müəssəsində 14-18 yaşlı oğlanların iştirakı ilə “Mənim azadlığım, mənim xəyallarım” adlı görüş keçirilib.
Görüş tərbiyyə müəsisəsindəki həmyaşıdlarımıza gələcəyə ümid, həyat sevgisi aşılamaq məqsədi ilə keçirilib.
Görüşdə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova bildirib ki, burda olan hər bir uşaq bizim cəmiyyətimizin gələcək vətəndaşıdır, hər bir gəncimiz öz üzərində mütləq işləməli, dövlət və dövlətçiliyə daim sadiq olmalıdı.
Sonra Məclisin üzvləri Mətləb Orucov, Aşurbəy Məmmədzadə, Əliəkbər Babayev öz təcrübələrini həmyaşıdları ilə bölüşüb, hazırladıqları təqdimatı həmyaşıdlarına nümayiş etdiriblər.
Görüş Suraxanı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynin təqdimatı ilə davam edib.