Oğlanlar müzakirəyə qoşulur

Oğlanlar müzakirəyə qoşulur

  • 10 Dekabr 2021
  • admin

10 dekabr - İnsan hüquqları günü ilə əlaqədar Uşaq Səfirlər Məclisi 7-9 dekabr tarixlərində "Oğlanlar müzakirəyə qoşulur" silsilə tədbirlərinə start vermişdir.

Layihənin ilk günü - 7 dekabr tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr və Protokol Xidməti şöbəsinin müdiri - Fərid Ədilov tərəfindən "Uşaqlar üçün həyati bacarıqlar" mövzusunda təlim keçirildi.

Təlim müddətində uşaqların gələcək həyatının qururlması, həyati bacarıqların qazanılması və uğurlu işlərin formulası mövzusunda söhbət aparıldı.

Uşaqlar da öz maraqlı fikirləri ilə mövzunun genişlənməsi və mahiyyətinin daşıdığı rolu açıqlamaqla təlimin interaktiv format daşımasına töhfə verdilər.

Tədbirin yekununda hər kəs gələcək planlarından söz salaraq, bir-birilərinə səmimi fikirlərini söyləmələri ilə yadda qaldılar.