Naxçıvan Muxtar Respublikasında Uşaq Səfirlər Məclisinin regional nümayəndələri və fəalları üçün “Uşaqların informasiya təhlükəsizliyi” və “Uşaq hüquqları” mövzusunda təlim proqramları təşkil edilib.
Naxçıvan Muxtar Respublikasında Uşaq Səfirlər Məclisinin regional nümayəndələri və fəalları üçün “Uşaqların informasiya təhlükəsizliyi” və “Uşaq hüquqları” mövzusunda təlim proqramları təşkil edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən təlimdə iştirakçılar komandalar quraraq, uşaq inkişafına dair öyrəndikləri bilikləri intellektual oyunlar vasitəsilə daha da möhkəmləndiriblər.
Oyunun sonunda “Şuşa” komandası qalib gəlib.
Qeyd edək ki, təlim proqramları “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası məqsədilə “Uşaqdan-uşağa” layihəsi çərçivəsində həyata keçirilib.