Naftalanda “Mən Fəxr edirəm ki, Azərbaycanlıyam” regionlar üçün layihəsinə start verilib.
Naftalanda “Mən Fəxr edirəm ki, Azərbaycanlıyam” regionlar üçün layihəsinə start verilib.
Naftalanda “Heydər Əliyev İli” çərçivəsində Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və onun yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin “Mən Fəxr edirəm ki, Azərbaycanlıyam” regionlar üçün layihəsinin ilk görüşü keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Uşaq Səfirlər Məclisinin Naftalan üzrə nümayəndələri Səma Həsənova və Leyla Nəcəfzadə, Heydər Əliyev Mərkəzinin direktoru, müəllimlər, yeniyetmə və gənclər iştirak ediblər.
Çıxış edənlər layihənin məqsədinin dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi irsini və dövlət uşaq siyasətini yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarətdir olduğunu iştirakçıların diqqətinə çatdırıblar.
Layihə çərçivəsində məktəblilər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla, Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərindən bəhs edən kitablarla tanış olublar. Uşaqlara Ulu Öndər Heydər Əliyevin vətəni, xalqı qarşısında müstəsna xidmətləri, təkrarolunmaz həyat yolu, haqqında geniş məlumat verilib. İştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.