Milli Məclisdə “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” mövzusunda dinləmə keçirilib
Milli Məclisdə “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” mövzusunda dinləmə keçirilib
İyunun 2-də Ailə, qadın və uşaq məsələləri komitəsi və Səhiyyə komitəsinin uşaq hüquqları ilə bağlı birgə dinləməsi keçirilib. “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” mövzusuna həsr olunmuş konfransı açan Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə dinləmədə iştirak edən uşaqların timsalında bütün uşaqları təbrik edib, tədbirin keçirilməsi üçün yaratdığı şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib.