Məclisin Sabirabad üzrə nümayəndələri “Ulu öndərin izi ilə”...
Uşaq Səfirlər Məclisinin Sabirabad üzrə regional nümayəndələrinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ulu öndərin izi ilə” adlı tədbir keçirilib.
Əvvəlcə Sabirabad rayon Heydər Əliyev Muzeyində Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar ilə tanış olublar.
Sonra Uşaq Səfirlər Məclisinin Sabirabad üzrə nümayəndəsi Əminə Quliyeva Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyəti illərindən, gördüyü işlərdən söz açıb. Nümayəndə həmçinin Ulu Öndərin Sabirabad rayonuna etdiyi on beş səfərdən, səfərlərinin özəlliklərindən, həmçinin əsasını qoyduğu dövlət uşaq siyasətinin əsaslarından, bu gün həmin siyasətin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyindən söz açıb. Nümayəndələr bildiriblər ki, bugünkü uşaqlar dahi liderin yadigar qoyduğu ənənələri daim qoruyacaq və növbəti nəsillərə ötürəcəklər.
Daha sonra uşaqlar Heydər Əliyevin fəaliyyəti ilə bağlı diskussiya şəklində fikirlərini bölüşüblər.