Məclisin Daşkəsən nümayəndəsi tərəfindən 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir

Məclisin Daşkəsən nümayəndəsi tərəfindən 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir

  • 15 Fevral 2024
  • admin

Fevralın 14-də Daşkəsən rayon İcra Hakimiyyətinin və rayon Təhsil Sektorunun dəstəyi ilə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə Uşaq Səfirlər Məclisinin Daşkəsən rayonu üzrə nümayəndəsi Nərmin Məmmədzadə tərəfindən 14 fevral – Beynəlxalq Kitab Bağışlama Gününə həsr edilən “Kitabsevərlər” adlı tədbir keçirib.

Tədbirdə Daşkəsən rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə, rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Elməddin Allahverdiyev, Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin direktoru Aybəniz Vəliyeva və rayonun ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdləri iştirak ediblər.

Uşaq Səfirlər Məclisinin Daşkəsən rayonu üzrə nümayəndəsi Nərmin Məmmədzadə hazırladığı “Kitabsevərlər” adlı layihə haqqında geniş təqdimatla çıxış edib və iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanlar bir məqsəd ətrafında - sağlam və təhsilli gələcək naminə birləşiblər.

Tədbirdə həmçinin bir qrup şagird öz sevimli kitabları barədə fikirlərini bölüşüblər. Görüş mövzuya dair müzakirələrlə davam edib.