Məclisin Cəlilabad nümayəndələri “Ulu Öndərin izi ilə”...
Məclisin Cəlilabad nümayəndələri “Ulu Öndərin izi ilə”...
Uşaq Səfirlər Məclisinin Cəlilabad üzrə regional nümayəndələrinin təşkilatçılığı ilə “Ulu Öndərin izi ilə” adlı tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider tərəfindən əsası qoyulan dövlət uşaq siyasətindən, onun mahiyyətindən, Heydər Əliyev tərəfindən bu istiqamətdə qəbul edilən qanunlar, proqramlar və Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdən söz açılıb. Bildirilib ki, uşaqları Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər uşaqların inkişafını daim prioritet sahə kimi formalaşdırıb.
Tədbir uşaqlar tərəfindən hazırlanan bədii hissə ilə davam edib.