Məclisimizin Gürcüstan üzrə nümayəndəsi Nəsimi Sadıqlı BMT-nin G-7 simulyasiya modeli üzrə gənc səfirlərin rəhbəri təyin edilib
Məclisimizin Gürcüstan üzrə nümayəndəsi Nəsimi Sadıqlı BMT-nin G-7 simulyasiya modeli üzrə gənc səfirlərin rəhbəri təyin edilib
Uşaq Səfirlər Məclisinin Gürcüstan üzrə beynəlxalq nümayəndəsi Nəsimi Sadıqlı BMT-nin G-7 Gənc Səfirlər Simulyasiya Modeli üzrə rəhbər təyin edilib.
Belə ki, tələbələrə və gənclərə beynalxalq təcrübə, liderlik keyfiyyətləri və BMT-nin qlobal məsələlərdə rolunu və dünyaya təsir edən qərarları formalaşdıran diplomatiya sənətini öyrədən G-7 Gənc Səfirlər Simulyasiya Modelində Nəsimi 2026-cı ilin mart ayına qədər Şimali Amerika üzrə iştirakçı olan gənc səfirlərə direktorluq edəcək, eyni zamanda, Şimali Amerika materikində keçirilən layihələrə nəzarət, təşkilata uğurlu gənclərin cəlb olunması və gənc səfirlərin təyin edilməsi işini icra edəcək.
Həmçinin gənc iştirakçıların hər il 3 müxtəlif (Vietnam, Çin, Dubay) ölkədə keçirilən simulyasiya model konfranslarına təşkilatın nümayəndəsi olaraq iştirakı təmin ediləcək.
Nəsimini təbrik edir, fəaliyyətində uğurlar arzu edirik!
Qeyd edək ki, “International Baccalaureate (IB)” proqramı ilə tam təqaüdlü təhsil haqqı qazanan Nəsimi Sadıqlı 2023-cü ildən Avropa İttifaqının Gürcüstan Respublikasındakı məktəbində (Eastern Partnership European School in Georgia) təhsil alır.