Kürdəmirdə “Qızlar Müzakirəyə Qoşulur” silsilə tədbirinin növbəti görüşü keçirilib.
Kürdəmirdə “Qızlar Müzakirəyə Qoşulur” silsilə tədbirinin növbəti görüşü keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə Kürdəmir Asan Xidmət Mərkəzində Kürdəmir, Zərdab, Ucar, Göyçay, Sabirabad rayonlarından olan 14-16 yaşlı qızların iştirakı ilə “Qızlar Müzakirəyə Qoşulur” adlı silsilə tədbirinin növbəti görüşü keçirilib.
Görüş məktəbli qızların etika ilə bağlı təsəvvürlərini genişləndirmək, etik davranış qaydalarının, kütlə qarşısında özünü ifadə və təqdimetmə bacarıqlarını artırmaq məqsədilə təşkil edilib.
Görüşdə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova bildirib ki, gələcəyimiz olan uşaqlar üçün bu cür görüşlər onların sağlam vətəndaş və özlərini ifadə edə bilən yetkin fərdlər kimi formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin qeyd etdi ki, bu gün uşaqlar tərəfindən idarə edilən və bugünkü görüşün də təşkilatçısı olan uşaq səfirlər həmyaşıdlarının inkişafını təmin edən əlverişli bir platforma yaradıb.
Sonra Uşaq Səfirlər Məclisinin üzvləri Ayan Əhmədova və Nəzrin Bayramlı “Xarizmatik nitq”, “Kübar xanım geyimi”, “Etikanın cəmiyyətdə rolu” haqqında məlumatlar veriblər.
Görüş interaktiv oyunlar və uşaqları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.