“İdeathon – Sərhədsiz ideyalar” layihəsinə qeydiyyat başladı
“İdeathon – Sərhədsiz ideyalar” layihəsinin əsas məqsədi uşaqların arasında yaradıcı düşüncə tərzinin inkişaf etdirilməsi, onların mövcud problemlərə fərqli baxış bucaqlardan yanaşmalarına şərait yaradılmasıdır.
Eyni zamanda, uşaqların təşəbbüskarlıq potensialının üzə çıxarılması, yeni ideyaların formalaşdırılması və aktual məsələlərə uyğun həll yollarının axtarışına marağın artırılması nəzərdə tutulur.
İdeaton vasitəsilə uşaqların öz düşüncələrini sərbəst ifadə etməsi, yenilikçi yanaşmalar irəli sürməsi və cəmiyyət üçun faydalı təşəbbüslərin yaranmasına stimul verilməsi hədəflənir.
Qeydiyyat linki: https://forms.gle/FrrmjJwjuyb2rohm6
Tarix: 17.11.2026
Saat: 13:00
Məkan: Bakı şəhəri (Dəqiq ünvan yalnız seçilmiş iştirakçılara bildiriləcəkdir)