Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 25 aprel tarixində İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 25 aprel tarixində İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində olub.

  • 27 Aprel 2026
  • admin

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 25 aprel tarixində İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində olub.
Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə nümayəndələri Ruhəngiz Qasımova, Nazlı Mirzəliyeva və rayon fəalları ilə görüşüb. 
Görüş zamanı Məclisin fəaliyyəti, həyata keçirilən layihələr və gələcək planlar barədə ətraflı məlumat təqdim olunub.
Rayon nümayəndələri çıxışlarında gənclər üçün yaradılan şərait və imkanlara görə dövlətimizin başçısı cənab İlham Əliyevə və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya İsmayıllı rayon uşaqları adından dərin minnətdarlığını ifadə edib.
Sonda Leyla xanım Əliyeva tərəfindən Məclisin nümayəndələrinə və fəallarına hədiyyələr təqdim edib.