Füzuli rayonunda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” regionlar üçün layihəsi çərçivəsində dəyirmi masa keçirilib.
Füzuli rayonunda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” regionlar üçün layihəsi çərçivəsində dəyirmi masa keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin layihəsi əsasında Füzuli Rayon İcra Hakimiyyəti və Füzuli Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Füzuli rayonunda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı dəyirmi masa keçirilib.
Dəyirmi masada Füzuli rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova, Qarabağ regional Təhsil İdarəsinin Füzuli rayon Təhsil Sektorunun müdiri Ramella Məmmədova, Uşaq Səfirlər Məclisinin Füzuli rayon nümayəndələri Aygün Məmmədova, Ağalar Qənizadə və müxtəli müsabiqələrdə qalibiyyət əldə etmiş bir qrup fəal uşaqlar iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını yad ediblər. Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşələrə və kitab sərgisinə baxış keçirilib.
Dəyirmi masada Füzuli rayon İcra HakimiyyətiniHakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, uşaqların rahat yaşaması, təhsil alması, öz potensiallarını gerçəkləşdirmələri üçün bütün şəraitin yaradılmasından bəhs edib.
Sonra çıxış edən Füzuli Rayon Təhsil Sektorunun müdiri Ramella Məmmədova bildirib ki, ölkəmizdə aparılan uğurlu təhsil siyasəti, həmçinin Füzuli məktəblilərinin qazandığı uğurlar və bütün bu uğurların mənbəyi Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının nəticəsidir.
Daha sonra dəyirmi masa ətrafında Uşaq Səfirlər Məclisinin Füzuli rayonu üzrə nümayəndələrinin təqdimatları, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində II yer qazanmış Dəniz Qarayevanın çıxışı dinlənilib. Uşaq hüquqlarının qorunması, uşaqların fikirlərinin dəyərləndirilməsi, sərbəst peşə seçimi imkanlarının yaradılması, uşaqların zərərli vərdişlərdən qorunması mövzularında maraqlı fikir mübadiləsi və müzakirələr aparılıb.