Daşkəsən nümayəndələrimizin “İnsan alverinə YOX deyək!” adlı təlimi
Daşkəsən nümayəndələrimizin “İnsan alverinə YOX deyək!” adlı təlimi
Uşaq Səfirlər Məclisinin Daşkəsən üzrə regional nümayəndələri Nərmin Məmmədzadə və Rüfət Tarverdiyevin təşkilatçılığı, Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Sektorunun dəstəyi ilə şəhər 2 nömrəli tam orta məktəbdə “İnsan alverinə YOX deyək!” adlı təlim keçirilib.
Təlimdə V-XI sinif şagirdləri iştirak edib.
Təlim zamanı insan alverinin acı fəsadlarından, bu problemə qarşı mübarizənin aktuallığından danışılıb. İnsan alveri, onu yaradan səbəblər, insan alverinə qarşı hamılıqla mübarizənin zəruriliyi vurğulanıb.