BDU-da “Abituriyentlərə dəstək” proqramının yekun görüşü
BDU-da “Abituriyentlərə dəstək” proqramının yekun görüşü
Bakı Dövlət Universitetində (BDU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Uşaq Səfirlər Məclisi tərəfindən “Gələcəyini qur!” layihəsi çərçivəsində “Abituriyentlərə dəstək” proqramının sonuncu təlimi baş tutub.
Əvvəlcə abituriyentlər təlim çərçivəsində BDU-nun Heydər Əliyev muzeyi və Genetika və təkamül muzeyindəki eksponatlar ilə tanış olublar.
Sonra Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı və Xəlil Babayev tərəfindən təlimin yekunlarına dair testlər keçirilib, ixtisas seçimi zamanı mütəxəssislərə müraciət etməyin vacib olduğu bildirilib.
Sonda AQUPDK-nın Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva proqramın uğurla başa çatması münasibətilə uşaqları təbrik edib və gələcək təhsil həyatlarında uğurlar arzulayıb.