Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə ilə birgə əməkdaşlıq çərçivəsində 20 noyabr Ümumdünya Uşaqlar Günü münasibətilə Bakı şəhər 187 nömrəli tam orta məktəbdə təhsil alan qızların, o cümlədən valideynlərin iştirakı ilə qızların təhsildən yayınması hallarının qarşısının alınması istiqamətində təlim keçirib.
Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva çıxış edərək “Uşaq Hüquqları Aylığı”nın məqsədi, Ümumdünya Uşaqlar Gününün mahiyyəti və əhəmiyyətindən söz açıb, Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən işlərdən, təhsildən yayındırma və erkən evlilik hallarının yaratdığı hüquqi məsuliyyətdən bəhs edib.
Tədbirdə zamanı Uşaq Səfirlər Məclisinin nümayəndələri Əsmər Əliyeva və Mələk Niftəliyeva “Uşaqdan-uşağa” layihəsi əsasında “Qızlara kitab verək, həyat yükü yox!” adlı təqdimatla çıxış edib, iştirakçı qızların suallarını cavablandırıblar.
Sonda Dövlət Komitəsi tərəfindən məktəbdə uşaqların və valideynlərin görə biləcəyi məkanlarda yerləşdirilməsi məqsədilə hazırlanmış xüsusi maarifləndirici yapışqanlar məktəb rəhbərliyinə təqdim edilib