Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbiri və Prezident kitabxanasına ziyarət ediblər
Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbiri və Prezident kitabxanasına ziyarət ediblər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva və Komitə nəzdində fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin kordinatoru Nurlan Cəbrayılzadə, Məclisin üzvləri Mətləb Orucov, Jalə Muradlı, Ayan Əhmədova və Aşurbəy Məmmədzadə XXIV Beynəlxalq Uşaq Forumu ilə əlaqədar Türkiyə Respublikasına səfər çərçivəsində Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbiri və Prezident kitabxanasına (Cumhurbaşkanlığı Millet Kütüphanesi) ziyarət ediblər.
Anıtqəbirə ziyarət zamanı nümayəndə heyəti Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla yad ediblər, eyni zamanda Anıtqəbir muzeyi ilə tanış olublar.
Sonra Prezident kitabxanasına ziyarət edilib. Nümayəndə heyətinə bina haqqında məlumat verilib və kitabxanının Azərbaycan bölməsinə də baxış keçirilib.
Ziyarətlər maraqlı təəssüratlarla yadda qalıb.