Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaq Səfirlər Məclisinin regional nümayəndələrinin fəallığının artırılması məqsədilə onların 3 aylıq fəaliyyəti qiymətləndirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaq Səfirlər Məclisinin regional nümayəndələrinin fəallığının artırılması məqsədilə onların 3 aylıq fəaliyyəti qiymətləndirilir.

  • 01 Aprel 2026
  • admin

Bu qiymətləndirmə əsasında regional nümayəndələr təşəkkürnamələrlə təltif olunurlar. Dördüncü kvartal (oktyabr, noyabr, dekabr) üzrə ən fəal rayon Abşeron seçilmişdir.

Dövlət Komitəsi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə göndərilmiş təşəkkürnamələr nümayəndələrə təqdim olunmuşdur.

Bu münasibətlə Abşeron rayon nümayəndələrimiz Zəhra Əliyeva və Ayxan Abbaszadəni səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

#UşaqSəfirlərMəclisi #USM #ChildAmbassadorsCouncil #CAC