Ağstafalı uşaqlar “Ulu Öndərin izi ilə”...

Ağstafalı uşaqlar “Ulu Öndərin izi ilə”...

  • 12 May 2024
  • admin

Ağstafalı uşaqlar “Ulu Öndərin izi ilə”...

Uşaq Səfirlər Məclisinin Ağstafa üzrə regional nümayəndələrinin təşkilatçılğı, Rayon İcra Hakimiyyəti və Ağstafa Gənclər Evinin dəstəyi ilə “Ulu Öndərin izi ilə” adlı tədbir keçirilib.

Uşaq Səfirlər Məclisinin Ağstafa üzrə regional nümayəndəsi Aytac Məmmədova Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində misilsiz rol oynamış Ümummilli Lider Heydər Əliyevin vətən sevgisi, xalqa bağlılığı, ana dilinə məhəbbəti, milli-mənəvi dəyərlərə, tarixi ənənələrə sadiqliyindən söz açıb. Qeyd olunub ki, Dahi Öndərin irsi gələcək nəsillər üçün əmanətdir, bu əmanətə sadiqlik isə vətənə olan bağlılıqdan irəli gəlir.

Tədbir Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə davam edib.