Abşeronda “Ekoloji problemlər: səbəbləri, nəticələri və çıxış yolları” adlı təlim
Abşeronda “Ekoloji problemlər: səbəbləri, nəticələri və çıxış yolları” adlı təlim
Uşaq Səfirlər Məclisinin Abşeron üzrə fəalı Fərəcli Məhhəmmədin təşəbbüsü ilə təhsil alığı Mehdiabad 1 nömrəli tam orta məktəbdə “Ekoloji problemlər: səbəbləri, nəticələri və çıxış yolları” adlı təlim keçirilib.
Təlim zamanı XXI əsrin ekeoloji problemləri, ona səbəb olan hallardan söz açılıb. Bildirilib ki, bu problemlərin həlli istiqamətində ekoloji maarifləndirilmə çox vacibdir. Cəmiyyət bu işdə həmrəy olmağı bacarmalı və birgə tədbirlər hıyata keçirməlidir. Bu istiqamətdə müvafiq qanunlar və dövlət proqramları üzrə qurumlar fəaliyyətlərini davam etdirsə də, insanların da prosesə qoşulması və birbaşa iştirakı sürətli həll istiqamətində atılacaq əsas addımlardandır.
Təlim uşaqların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.