5 mart 2026-cı il tarixində 53 nömrəli tam orta məktəbdə şagirdlər üçün “Uşaq hüquqları” mövzusunda maarifləndirici təlim keçirilib.

5 mart 2026-cı il tarixində 53 nömrəli tam orta məktəbdə şagirdlər üçün “Uşaq hüquqları” mövzusunda maarifləndirici təlim keçirilib.

  • 15 Mart 2026
  • admin

5 mart 2026-cı il tarixində 53 nömrəli tam orta məktəbdə şagirdlər üçün “Uşaq hüquqları” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlim zamanı şagirdlərə uşaq hüquqları, onların qorunmasının əhəmiyyəti və hər bir uşağın cəmiyyətdə bərabər hüquqlara malik olması barədə geniş məlumat verilib. Bildirilib ki, uşaqların öz hüquqlarını bilməsi və onları düzgün şəkildə müdafiə etməsi sağlam və ədalətli cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Həmçinin şagirdlərə hüquqlarının pozulduğu hallarda kimlərə və hansı qurumlara müraciət edə biləcəkləri barədə izahlar verilib.

Təlim çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri iştirakçılara Məclisin məqsədi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında məlumat təqdim ediblər. Qeyd olunub ki, Məclis uşaqların hüquqlarının qorunması, onların cəmiyyət həyatında fəal iştirakının təşviqi, eləcə də liderlik və sosial bacarıqlarının inkişafına dəstək göstərilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir.

Sonda şagirdlər mövzu ilə bağlı fikirlərini bölüşərək suallar ünvanlayıb və müzakirələr aparılıb.

#UşaqSəfirlərMəclisi #USM #ChildAmbassadorsCouncil #CAC