22 aprel 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən S.C.Pişəvəri adına Humanitar gimnaziyada şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub.
Görüş zamanı ilk olaraq, Uşaq Səfirlər Məclisinin üzvü Mədinə Qəhrəmanova və Tərlan Əhədzadə tərəfindən iştirakçılara Uşaq Səfirlər Məclisinin əsas məqsədləri, həyata keçirdiyi layihələr və sosial təşəbbüslər haqqında geniş məlumat təqdim olunub. Daha sonra uşaqlara uşaq hüquqları, bərabərlik, fikir azadlığı və iştirak hüququ mövzularında ətraflı məlumat verilib.
Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Fərhad İmanov və İmran Quliyev tərəfindən informasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib.
Sonda şagirdlərin sualları cavablandırılıb və müzakirələr aparılıb.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC