21 aprel 2026-cı il tarixində AUİP və USM üzvləri üçün növbəti maarifləndirici görüş baş tutub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş layihə çərçivəsində “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi və Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri Azərbaycan Memarlıq və İnşaat Universitetində olublar.
Səfər universitet üzrə təşkil olunan infoturla başlayıb. İlk olaraq AZMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdıyev iştirakçıları salamlayaraq universitetin fəaliyyəti, akademik mühit barədə məlumat verib. O, gənclərin şəhərsalma və memarlıq sahələrinə marağının artırılmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova və Dizayn fakültəsinin dekanı Fərid Kərimov iştirakçıları fakültələrlə yaxından tanış ediblər. İnfotur zamanı iştirakçılar fakültələrin tədris istiqamətləri, yaradıcılıq imkanları və gələcək perspektivləri barədə məlumat əldə ediblər.
İnfoturun ardından üzvlər universitetdə təşkil olunan WUF 13 ilə bağlı infosessiyada iştirak ediblər. Infosessiya zamanı iştirakçılara Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum) mahiyyəti, məqsədləri və beynəlxalq əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Sonda iştirakçılarla xatirə fotosu çəkilib.
#UşaqSəfirlərMəclisi #USM #ChildAmbassadorsCouncil #CAC