20 aprel 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub.
Görüş zamanı ilk olaraq, Uşaq Səfirlər Məclisinin üzvü Əsmər Əliyeva tərəfindən iştirakçılara Uşaq Səfirlər Məclisinin əsas məqsədləri, həyata keçirdiyi layihələr və sosial təşəbbüslər haqqında geniş məlumat təqdim olunub.
Daha sonra Uşaq Səfirlər Məclisinin üzvü Kənan Quliyev və Samirə Cəfərli tərəfindən uşaqlara uşaq hüquqları, bərabərlik, fikir azadlığı və iştirak hüququ mövzularında ətraflı məlumat verilib.
Sonda şagirdlərin sualları cavablandırılıb və müzakirələr aparılıb.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC