15 may 2026-cı il tarixində Şamaxı rayonu Şamaxı Avropa-liseyində uşaqların hüquqi biliklərinin artırılması məqsədi ilə “Uşaqlar və Hüquq” mövzusunda görüş keçirilib.
Uşaq Səfirlər Məclisinin üzvləri Tərlan Əhədzadə və Nuray Bağışova çıxış edərək Məclisin fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Hüseynzadə təlim iştirakçılarına uşaq hüquqları, milli qanunvericiliyin müddəaları və digər mövzular barədə danışıb.
İnteraktiv müzakirələr şəklində keçən görüşdə məktəbin rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.
Tədbirdə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaqlar və Hüquq” adlı maarifləndirici vəsait barədə də məlumat təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC