14 may 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən 251 saylı tam orta məktəbdə şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub.

14 may 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən 251 saylı tam orta məktəbdə şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub.

  • 14 May 2026
  • admin

Görüş zamanı ilk olaraq, Uşaq Səfirlər Məclisinin üzvü Nuray Bağışova tərəfindən iştirakçılara Uşaq Səfirlər Məclisinin əsas məqsədləri, həyata keçirdiyi layihələr və sosial təşəbbüslər haqqında geniş məlumat təqdim olunub. Daha sonra uşaqlara uşaq hüquqları, bərabərlik, fikir azadlığı və iştirak hüququ mövzularında ətraflı məlumat verilib.

Daha sonra Uşaq Səfirlər Məclisinin üzvü Fərhad İmanov tərəfindən informasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib.

Sonda şagirdlərin sualları cavablandırılıb və müzakirələr aparılıb.

#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC