13 may 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən şagirdlər üçün “Rəqəmsal təhlükəsizlik” mövzusunda təlim keçirilib.
Təlim zamanı Uşaq Səfirlər Məclisinin üzvləri Samirə Cəfərli və Fərhad İmanov tərəfindən iştirakçılara informasiya təhlükəsizliyi, kiberhücumlar və kibergigiyena qaydaları haqqında geniş məlumat təqdim olunub.
Daha sonra iştirakçılara deepfake texnologiyasının nə olduğu, saxta foto və videoların reallıqdan necə fərqləndirilməsi, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları və rəqəmsal manipulyasiyalardan qorunma üsulları barədə maarifləndirici təqdimat edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC