10 mart 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən “Ankara Məktəbi” məktəb-liseyində şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub.
10 mart 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən “Ankara Məktəbi” məktəb-liseyində şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə iştirakçılara Uşaq Səfirlər Məclisinin əsas məqsədləri, həyata keçirdiyi layihələr və sosial təşəbbüslər haqqında geniş məlumat təqdim olunub.
Daha sonra Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən şagirdlər üçün “Kibergigiyena və Kiberbullinq” mövzusu üzrə təlim keçirilib. Tədbir zamanı Elektron Təhlükəsizlik Xidmətinin mütəxəssisi müasir kiberhücumların xüsusiyyətləri, fişinq və sosial mühəndislik halları, eləcə də internetdən təhlükəsiz istifadə qaydaları barədə məlumat verib.
Sonda şagirdlərin sualları cavablandırılıb və real nümunələr əsasında müzakirələr aparılıb.