Uşaq Səfirlər Məclisinin Xocavənd regionu üzrə nümayəndəsi tərəfindən “Qlobal ətraf mühit problemləri” adlı dəyirmi masa keçirilib

Uşaq Səfirlər Məclisinin Xocavənd regionu üzrə nümayəndəsi tərəfindən “Qlobal ətraf mühit problemləri” adlı dəyirmi masa keçirilib

  • 20 Aprel 2024
  • admin

Uşaq Səfirlər Məclisinin Xocavənd regionu üzrə nümayəndəsi tərəfindən “Qlobal ətraf mühit problemləri” adlı dəyirmi masa keçirilib

Uşaq Səfirlər Məclisinin Xocavənd regionu üzrə nümayəndəsi Teybə Tağıyeva tərəfindən “Yalnız bir DÜNYA” layihəsi çərçivəsində “Qlobal ətraf mühit problemləri” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Yeni Azərbaycan Partiyasının Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, müəllimlər və şagirdlər iştirak ediblər

Tədbir zamanı Teybə Tağıyeva yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrildiyini, dünyada demoqrafik artımla yanaşı istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərdiyini bildirib. O həmçinin, bu problemlərin ətrafında maarifləndirmənin də önəmli rol oynadığını və bununla məsələləri həll etməyin mümkünlüyünü qeyd edib.

Dəyirmi masa mövzu ətrafında müzakirələr və sualların cavablandırılması ilə başa çatıb.