Uşaq Səfirlər Məclisinin Cəbrayıl regionu üzrə nümayəndəsi tərəfindən “Dünyamızı qoruyaq” adlı tədbir keçirilib

Uşaq Səfirlər Məclisinin Cəbrayıl regionu üzrə nümayəndəsi tərəfindən “Dünyamızı qoruyaq” adlı tədbir keçirilib

  • 21 Aprel 2024
  • admin

Uşaq Səfirlər Məclisinin Cəbrayıl regionu üzrə nümayəndəsi tərəfindən “Dünyamızı qoruyaq” adlı tədbir keçirilib

Uşaq Səfirlər Məclisinin Cəbrayıl regionu üzrə nümayəndəsi Aynur Məmmədova tərəfindən “Yalnız bir DÜNYA” layihəsi çərçivəsində “Dünyamızı qoruyaq” adlı tədbir keçirilib

Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti nümayəndəsi, Uşaq Səfirlər Məclisinin region fəalları, müəllimlər və məktəb şagirdləri iştirak ediblər.

Aynur Məmmədova bildirib ki, müasir qloballaşma dövründə biomüxtəlifliyin qorunmasının olduqca aktual, sosial-siyasi əhəmiyyət kəsb edən vəzifədir və bundan irəli gələrək ölkəmizdə də ekoloji tarazlığın qorunması, bu istiqamətdə maarifləndirilmənin aparılması da əsas prioritetlərdəndir. Region nümayəndəsi həmçinin, təbiətdə tullantıların yenidən emalı və ümumiyyətlə yox olmayan tullantılar barədə, onların ətraf mühitə vurduğu ziyan barədə ətraflı informasiya da verərək bu gün tullantıların çeşidlənərək xaric edilməsinin daha əlverişli bir mühit formalaşdıracağını deyib.

Sonra iştirakçı uşaqlar mövzu ətrafında müzakirələr aparıb, əlavə olaraq “yaşıl enerji”nin təbiətdə ən yaxşı innovativ həll olduğu istiqamətində söhbət aparılıb.