Uşaq Səfirimiz Türk dünyasının ilk Beynəlxalq Riyaziyyat Olimpiadasının finalına vəsiqə qazanıb

Uşaq Səfirimiz Türk dünyasının ilk Beynəlxalq Riyaziyyat Olimpiadasının finalına vəsiqə qazanıb

  • 06 May 2024
  • admin

Uşaq Səfirimiz Türk dünyasının ilk Beynəlxalq Riyaziyyat Olimpiadasının finalına vəsiqə qazanıb
Uşaq Səfirlər Məclisinin üzvü Əliəkbər Babayev Türk dünyasının ilk Beynəlxalq Riyaziyyat Olimpiadasının (Turkic International Mathematical Olympiad) Türkiyənin İstanbul şəhərində keçiriləcək final turuna vəsiqə qazanıb.
Olimpiadada III-XI sinif kateqoriyalarından hər biri üzrə 3 qalib ölkəmizi beynəlxalq olimpiadada təmsil edəcək.
Qeyd edək ki, olimpiadanın məqsədi türk dünyası ölkələrində təhsil alan istedadlı şagirdləri üzə çıxararaq onları beynəlxalq arenada tanıtmaqdır. TIMO Türkiyə və Avropada yerləşən prestijli universitetlərdə təhsillərini davam etdirmək üçün şagirdlərə möhtəşəm fürsət verir.