“Şuşa ili”nə həsr olunmuş “Şuşa-mədəni irsimiz” adlı intellektual yarış

“Şuşa ili”nə həsr olunmuş “Şuşa-mədəni irsimiz” adlı intellektual yarış

  • 16 İyun 2022
  • admin

26 may 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ADA məktəbi və Tələbə Şurası, həmçinin Uşaq Səfirlər Məclisi və ADA-nın birgə təşkilatçılığı ilə ADA məktəbində “Şuşa ili”nə həsr olunmuş “Şuşa-mədəni irsimiz” adlı intellektual yarış keçirilib.

Tədbirin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra Şuşa şəhəri ilə bağlı videoçarx nümayiş olunub.

İştirakçıların çıxışlarından sonra intellektual yarışa start verilib. Yarışda komandalara Şuşa şəhərinin tarixi, mədəni irsi ilə bağlı suallar ünvanlanıb.

Daha sonra mükafatlandırma mərasimi baş tutub.

Tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva yarışın iştirakçılarını təbrik edib. O, bildirib ki, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət uşaq siyasətinin əsas məqsədi sağlam, güclü, milli dəyərlərinə sadiq, həmçinin öz tarixini, ədəbiyyatını bilən müasir, kreativ düşüncəli bir nəslin formalaşmasıdır. Məhz müharibədən sonrakı dövrdə, Azərbaycanın nüfuzunun gündən-günə artdığı bir zamanda uşaqlarımızın qazandığı bu uğurları gələcəyə daşımalarını arzu edib. Sədr müavini tədbirin yüksək səviyyədə təşkilinə görə ADA Universitetinə təşəkkürünü bildirib.

ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal çıxış edərək, belə təşəbbüsləri daim dəstəklədiklərini bildirib və əlavə edib ki, belə tədbirlərin keçirilməsinin uşaqların tariximizi və mədəniyyətimizi unutmamasında mühüm rol oynayır.

Qaliblər müəyyən olunduqdan sonra yarış iştirakçılarına sertifikatlar, birinci yeri tutan komandaya isə kubok təqdim edilib.