Regionlarda “Ulu öndərin izi ilə” adlı tədbirlər silsiləsinə start verilib

Regionlarda “Ulu öndərin izi ilə” adlı tədbirlər silsiləsinə start verilib

  • 08 May 2024
  • admin

Regionlarda “Ulu öndərin izi ilə” adlı tədbirlər silsiləsinə start verilib

Uşaq Səfirlər Məclisinin Qəbələ üzrə regional nümayəndəsi Ayan Ağalının təşəbbüsü ilə şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Ulu öndərin izi ilə” adlı tədbir keçirilib.

Öncə rayonda yerləşən Heydər Əliyev Muzeyinə ziyarət olunub. Uşaqlar Ulu Öndərin dərin dövlətçilik ənənələrini özündə əks etdirən eksponatlar və güşələrə baxış keçiriblər.

Tədbirdə zamanı Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində misilsiz rol oynamış Ümummilli Liderin vətən sevgisi, xalqa bağlılığı, ana dilinə məhəbbəti, milli-mənəvi dəyərlərə, tarixi ənənələrə sadiqliyi, yenilikçiliyi və müasir ənənələrin əsasını qoyduğundan danışılıb. Bildirilib ki, Dahi Öndərin irsi gələcək nəsillər üçün əmanətdir. Bu əmanətə sadiqlik isə vətənə olan bağlılıqdan irəli gəlir.

Tədbir məktəbin aşağı sinif şagirdlərinin hazırladığı bədii hissə ilə davam edib.