Regional nümayəndələrimiz “Ulu Öndərin izi ilə”...

Regional nümayəndələrimiz “Ulu Öndərin izi ilə”...

  • 08 May 2024
  • admin

Regional nümayəndələrimiz “Ulu Öndərin izi ilə”...

Uşaq Səfirlər Məclisinin Ağdam üzrə regional nümayəndələrimizin təşkilatçılığı ilə “Ulu öndərin izi ilə” adlı tədbirlər silsiləsi interaktiv formada keçirilib.

İki hissədən ibarət tədbirin birinci hissəsində Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə intellektual oyun keçirilib. Oyunda Heydər Əliyevin həyatından, siyasi fəaliyyətindən maraqlı suallar uşaqlara təqdim edilib.

Dörd komandanın iştirak etdiyi oyunda “Zəfər” komandası qalib olub.

Daha sonra Ümummilli Liderin zəngin siyasi fəaliyyətinin, Azərbaycançılıq ideologiyasının uşaqlara aşılanması və gördüyü işlərin mahiyyətinin təqim edilməsi məqsədilə dəyirmi masa keçirilib.

Dəyirmi masada uşaqlar Dahi Öndərlə bağlı fikirlərini canlı disskussiya şəklində bildiriblər.