Dövlət Komitəsi tərəfindən Xocavənd Rayon İcra Hakimiyyətinə göndərilmiş təşəkkürnamələr nümayəndələrə təqdim olunmuşdur
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaq Səfirlər Məclisinin regional nümayəndələrinin fəallığının artırılması məqsədilə onların 3 aylıq fəaliyyəti qiymətləndirilir. Bu qiymətləndirmə əsasında regional nümayəndələr təşəkkürnamələrlə təltif olunurlar. Üçüncü kvartal (iyul, avqust, sentyabr) üzrə ən fəal rayon Xocavənd seçilmişdir.
Dövlət Komitəsi tərəfindən Xocavənd Rayon İcra Hakimiyyətinə göndərilmiş təşəkkürnamələr nümayəndələrə təqdim olunmuşdur.
Bu münasibətlə Xocavənd rayon nümayəndələrimiz Aysun Şirinzadə və Elmir Namazlını səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalNümayəndəliklər